Britaniya səfirliyi və BMTİP əməkdaşlığı genişləndirir

Britaniya səfirliyi və BMTİP əməkdaşlığı genişləndirir
  29 Yanvar 2021    Oxunub:2574
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Alessandro Frakassetti ilə görüşüb.
Azvision.az xəbər verir ki, görüşün əsas məqsədi ölkədə gender bərabərliyinin təbliği və enerji səmərəliliyinin artırılması istiqamətində əməkdaşlıq imkanlarını müzakirə etmək olub.

Görüş zamanı iki vacib razılaşmaya imza atılıb.

Reuters: “Epşteynə görə Britaniyada aləm qarışıb”
Birinci razılaşma Britaniya hökümətinin təqdim etdiyi resurslarla BMTİP-nin Qadın Resurs mərkəzlərinin uğurlu fəaliyyətini Bərdə, Ağcabədi və Tərtər şəhərlərində həyata keçirməkdir. Əsas fəaliyyət bu bölgələrdə yaşayan qadınların ehtiyacları və cari çətinliklərinin aradan qaldırılmasına istiqamətlənir.

İkinci əməkdaşlıq razılaşması isə Gəncə və Bərdədə yerləşən binalarda enerji səmərəliliyinin təbliğinə dəstək və innovativ yaşıllaşdırma infrastrukturu yaratmaq barədədir.

Qeyd edək ki, sözügedən bölgələrin seçilməsi təsadüfi deyil. Belə ki, bu şəhərlərə hərbi münaqişə nəticəsində ciddi ziyan dəyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Britaniya   Səfirlik  






Xəbər lenti