Rusiyalı polkovnik Bakı və İrəvana qaytarılan əsirlərin sayını açıqladı

 Rusiyalı polkovnik Bakı və İrəvana qaytarılan əsirlərin sayını açıqladı
  30 Yanvar 2021    Oxunub:2290
Rusiya sülhməramlı kontingentinin komandanlığının səyləri nəticəsində 55 Ermənistan vətəndaşı və 15 Azərbaycan vətəndaşı evlərinə qaytarılıb.

Azvision.az xəbər verir ki, bunu Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingenti mərkəzinin rəis müavini polkovnik Dmitri Perepelkin deyib.
O bildirib ki, komandanlığın səyləri sayəsində bir neçə gün əvvəl Azərbaycanla Ermənistan arasında növbəti əsir mübadiləsi baş tutub.

“1 hərbçi Bakıya qaytarıldı, 5 Ermənistan vətəndaşı İrəvana təslim edildi. Ümumilikdə 55-dən çox Ermənistan vətəndaşı və 15 azərbaycanlı geri qaytarılıb”,- deyə Perepelkin əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ   Əsir   Polkovnik  



Xəbər lenti