MHP heyəti Şuşada məktəb tikmək üçün gəldi
MHP nümayəndələri Bakıda görüşlər keçirdikdən sonra Şuşaya məktəb tikintisi üçün yer seçməyə gedəcəklər.
Xatırladaq ki, MHP lideri Dövlət Baxçalı yanvarın 16-da Ülkü Ocaqlarının təhsil Fondunun Şuşada Üzeyir Hacıbəyov adına 9 illik məktəb tikmək istədiyini bildirib. Bunun üçün Azərbaycan və Türkiyə prezidentlərindən icazə istəyib. Baxçalının təklifinə Bakıdan dəstək verilib və bir neçə gün əvvəl məktəbin eskizi nümayiş etdirilib.
MHP lideri bildirib ki, məktəb tikildikdən sonra Azərbaycan dövlətinə təhvil veriləcək.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


