Rusiyada koronavirusdan daha 512 nəfər ölüb

Rusiyada koronavirusdan daha 512 nəfər ölüb
  30 Yanvar 2021    Oxunub:1993
Rusiyada son sutka ərzində koronavirusa 19 032 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 3 832 08 nəfərə çatıb.

Rusiyada bir gündə 512 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 72 697
nəfərdir. İndiyədək 3 279 964 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  



Xəbər lenti