Paşinyan mitinqləri dağıdan polislərə pul verdi

Paşinyan mitinqləri dağıdan polislərə pul verdi
  30 Yanvar 2021    Oxunub:3219
Ermənistanda bir qrup polis əməkdaşına və daxili qoşunların hərbçilərinə mükafatlar verilib.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

"Daxili qoşunların əməkdaşları və polislər etiraz aksiyalarının dağıdılmasında iştirak etdiklərinə görə 570 min dram alıblar. Bu ay polis əməkdaşları 300 mindən çox dram mükafat əldə ediblər. Orta hesabla 170 min dram alan işçilər yanvarda mitinqləri dağıtdıqlarına görə 570 min maaş aldılar.

Əlavə edək ki, dünən meydanda polis Paşinyanın istefasını tələb edən nümayişçilərə qarşı xüsusi təyinatlı qüvvələrin yardımından da istifadə etdi. Hətta zor tətbiq edib maşınlara mindirdiyi həmin etirazçıların bir qisminin müharibə iştirakçısı olmalarına da fikir vermədilər", - deyə məlumatda qeyd olunub.

Tural Tağıyev
Azvision.az


Teqlər: Mitinq   Mükafat   Polis   Dram  



Xəbər lenti