Tibb işçilərinə əlavə maaşın verilmə müddəti uzadıldı

 Tibb işçilərinə əlavə maaşın verilmə müddəti uzadıldı
  30 Yanvar 2021    Oxunub:2675
Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti uzadılıb.
Azvision.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti martın 31-dək uzadılıb.

Qeyd edək ki, əvvəl bu müddət yanvarın 1-dək müəyyən edilmişdi.

Azvision.az


Teqlər: Həkim   Əməkhaqqı   Əlavə   Ödəniş  






Xəbər lenti