DGK bu il büdcəyə 3,9 milyard manat ödəyəcək

 DGK bu il büdcəyə 3,9 milyard manat ödəyəcək
  30 Yanvar 2021    Oxunub:3551
“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanununa əsasən, 2020-ci il ərzində Dövlət Gömrük Komitəsi üçün müəyyənləşdirilən 3 milyard 830 milyon manat proqnoza qarşı 3 milyard 938 milyon 242 min manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin edilib və büdcə öhdəliyinə 102,83 faiz əməl olunub.
Azvision.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev deyib.

Komitə sədri bildirib ki, 2021-ci il üzrə Dövlət Gömrük Komitəsi üçün 3 milyard 900 milyon manat həcmində büdcə proqnozu müəyyən edilib.

Azvision.az


Teqlər: Gömrük   Büdcə  






Xəbər lenti