“Naxçıvan Qafqazda sülh üçün mərkəz rolunu oynayacaq” - Zərif
İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bildirib: "Mən çox şadam ki, regional səfərimi Bakıdan başlayıb Naxçıvanda bitirirəm. Naxçıvan Muxtar Respublikası gələcəkdə Qafqazda yaranacaq sülh əməkdaşlığı üçün mərkəz rolunu oynayacaqdır. Elə etməliyik ki, müharibənin acı nəticələri bir daha yaşanmasın. Buna da bir-birimizlə faydalı əməkdaşlıq etməklə nail olmaq mümkündür. Bu əməkdaşlıqda və kommunikasiya yollarının birləşməsində Naxçıvan Muxtar Respublikasının çox böyük əhəmiyyəti vardır. Beş ölkədə səfərdə olduğum zaman aparılan danışıqların nəticəsi olaraq əminəm ki, istər şimal-cənub, istərsə də cənub-qərb dəhlizləri olmaqla, gələcəkdə yaxşı əməkdaşlıq edə, telekommunikasiyalar quraraq əməkdaşlığımızı daha yüksək səviyyəyə çatdıra bilərik. Bunun nəticəsində də Fars Körfəzini Rusiyaya və Qara dənizə birləşdirə bilərik. Bütün bu dəhlizlərin işə salınmasında Naxçıvan Muxtar Respublikasının böyük əhəmiyyəti olacaqdır".
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


