“Azərbaycan güclü mövqelər qurur, biz isə cırılmış çadırlarda yatırıq”- Erməni zabit

“Azərbaycan güclü mövqelər qurur, biz isə cırılmış çadırlarda yatırıq”-   Erməni zabit
  01 Fevral 2021    Oxunub:3098
Erməni zabitlərdən biri sərhədçilərin biabırçı şəraitdə xidmət etdiyini göstərən video yayımlayıb.

Azvision.az xəbər verir ki, yerli saytlarda və sosial şəbəkələrdə geniş paylaşılan görüntülərdə adı açıqlanmayan zabit erməni hərbçilərin cırılmış çadırda, torpağın üstündə yatdıqlarını deyib.
"Hərbçilər deyirlər ki, Azərbaycan güclü mövqelər qurur və əgər nə vaxtsa bir dron tərəfindən hücuma məruz qalarlarsa, müdafiə olunmağa mövqeləri, yaxud da qaçmaqdan başqa çarələri olmayacaq. Zabit müraciətində deyir: hökumətimizin bəzi üzvləri Moskvadakı elit restoranlarda nahar etmək üçün 5000 dollar xərcləyirlər, lakin sərhədçilər qışda yerdə yatırlar”, - deyə erməni KİV-ləri yazıblar.



Tural Tağıyev
Azvision.az


Teqlər: Erməni-zabit   Çadır   Sərhədçi  



Xəbər lenti