Paşinyan ailəsinə qarşı etirazlar: ABŞ-da “Nikol xaindir” dedilər
“Biz Lilit Makuntsun ABŞ-a səfir təyin edilməsi məsələsinə də etiraz edirik. Baş xəyanatkarın həyat yoldaşının Los Ancelesə gəldiyini öyrəndik. Mətbuatda yer alan xəbərlərə görə, Anna Akopyan burada doğum gününü qeyd edəcək. Yaxın vaxtlarda bu məsələ ilə də məşğul olacağıq”, - aksiya iştirakçısı Artur Saakyan deyib.
Aksiyanın başqa bir iştirakçısı Vaan Badasyanın müharibə zamanı xəyanət epizodlarını təqdim edə biləcəyini vurğulayıb, "xain-dəli"nin (Nikol Paşinyan – red) buna görə intiqam aldığını deyib.
“Biz bunu qəbuledilməz hesab edirik və Badasyanın dərhal sərbəst buraxılmasını tələb edirik. Bütün soydaşlarımızı onun həyat yoldaşının yerini müəyyənləşdirməyə çağırıram, yalnız bundan sonra əlavə tədbirlər görəcəyik”, - deyə digər aksiya iştirakçısı vurğulayıb.
Etirazçılar konsulluğun qapılarına “Yaşasın, ölən Nikol”, “Nikol, get!”, “Vətən xainlərinə yox!” və s. plakatlar asıblar.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Ermənistan Paşinyan ABŞ Etiraz Aksiya







Vaxtında, Aydın, Lazımlı!


