Füzuli aeroportu nə vaxt hazır olacaq? - Açıqlama

   Füzuli aeroportu nə vaxt hazır olacaq? -    Açıqlama
  01 Fevral 2021    Oxunub:2690
Füzulidə inşa olunan aeroportun tikinti işlərinin gələn ilin aprel-may aylarında yekunlaşdırılması nəzərdə tutulur.
Azvision.az xəbər verir ki, bunu aeroportun tikintisinin baş podratçısı "Azvirt" şirkətinin baş mühəndisi Cəfərağa Şiriyev deyib.

Onun sözlərinə görə, hazırda ərazidə minalardan təmizlənmə işləri getdiyi üçün, tikinti prosesinin sürəti aşağıdır:

“Bu ilin yaz aylarından tikinti prosesi sürətləndiriləcək və 24 saatlıq qrafikə keçiləcək. Həmçinin uzunluğu 3000 metr olan uçuş-enmə zolağının tikinti işlərinin də cari ildə başa çatdırılması nəzərdə tutulur".

Azvision.az


Teqlər: Füzuli   Hava-limanı  






Xəbər lenti