Prezidentlə xanımı sosial obyektlərin və yeni parkın açılışında

Prezidentlə xanımı sosial obyektlərin və yeni parkın açılışında
  01 Fevral 2021    Oxunub:3922
Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Abşeron rayonunda bir sıra sosial obyektlərin, həmçinin paytaxtın Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında iştirak ediblər.
Azvision.az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım əvvəlcə ulu öndər Heydər Əliyevin Xırdalan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular.

Qeyd edək ki, ötən ilin birinci rübündən pandemiya, sonuncu rübündən – postmünaqişə dövrü müxtəlif istiqamətlərdə həyata keçirilən siyasətə yeni reallıqdan baxılmasını şərtləndirib. Xırdalanda açılışı nəzərdə tutulan sosial-iqtisadi obyektlər bir daha sübut edir ki, istənilən çağırış və təsirlərə baxmayaraq, regional inkişaf strategiyası ardıcıl həyata keçirilməkdədir.



Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident   Mehriban-Əliyeva  






Xəbər lenti