Brüsseldə insident: Sərnişinlərə bıçaqla hücum edildi

 Brüsseldə insident: Sərnişinlərə bıçaqla hücum edildi
  02 Fevral 2021    Oxunub:2180
Brüsselin Molenbek kommunasındakı “Qərb vağzalı” metro stansiyasında naməlum şəxs sərnişinlərə bıçaqla hücum edib. Hadisə nəticəsində beş nəfər yaralanıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, cinayətkar polis tərəfindən neytrallaşdırılıb.

İnsidentlə əlaqədar metro bağlanıb. Polis şübhəlinin kimliyini açıqlamayıb. Cinayətin təhqiqatını Krallığın terrorçuluqla mübarizə ilə məşğul olan federal polisi öz üzərinə götürüb.

Qeyd edək ki, Molenbek kommunasında Yaxın Şərq və Afrika mənşəli çoxsaylı icma yaşayır. 2015-ci ildə Parisdə, 2016-cı ildə Brüsseldə terror aktları təşkil edən İŞİD-lə bağlı qruplaşmaların məhz burada toplaşdığı bildirilir.

Azvision.az


Teqlər: Brüssel  



Xəbər lenti