Avstriyada maska cəriməsi 3 dəfədən çox artırıldı
Bundan əvvəl cərimə məbləği 25 avro idi.
Yanvar ayında insanlar arasında minimum məsafənin 2 metrə qədər artırıldığı elan edilib. 25 yanvar tarixindən isə ictimai yerlərdə FFP2 maskasından istifadə məcburi olub.
Avstriya kansleri Sebastian Kurts sərt məhdudlaşdırıcı tədbirlərin fevralın 8-dən yumşalacağını, müəyyən şərtlər daxilində mağaza, muzey, heyvanat parkları, həmçinin bərbər salonlarının açılmasına icazə veriləcəyini deyib.
Pərvanə Sultanova
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


