Soydaşlarımız Konnektikut ştatının Nümayəndələr Palatasına etiraz edir
Məktubda bildirilir ki, qanun layihəsi Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətləri yanlış şəkildə təqdim edir. Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi, beynəlxalq qanunlara, eləcə də ABŞ-ın milli maraqlarına və xarici siyasətinə zidd olaraq “Artsax” adlı separatçı rejimin qeyri-qanuni fəaliyyətini təşviq etdiyi barədə ətraflı məlumat verilib. Bildirilib ki, Ermənistan ordusunun 2020-ci ilin noyabrında məğlub olması və kapitulyasiyası nəticəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə baxmayaraq, erməni lobbisi hələ də öz simasını qorumaq və donorlarından aldıqları ianələri doğrultmaq ümidi ilə ABŞ-ın qanunverici orqanlarında qərəzli çıxışlar edirlər.
USAN soydaşlarımızı Konnektikut ştatının Nümayəndələr Palatasına məktublar ünvanlamaqla seçdikləri şəxslərə ətraflı məlumat verməyə və bu qanun layihəsini pisləməyə çağırıb.
Məktub kampaniyasına aşağıdakı link vasitəsilə qoşulmaq olar:
https://www.votervoice.net/AZERI/Campaigns/79895/Respond?vvsn=BTcAAgENACXgTAkzWqX7BAA
Azvision.az
Teqlər: ABŞ







Vaxtında, Aydın, Lazımlı!


