Azərbaycanda maaşlar artırılacaq

  Azərbaycanda maaşlar artırılacaq
  02 Fevral 2021    Oxunub:19305
Azərbaycanda əməkhaqlarının artırılaraq layiqli səviyyəsi təmin ediləcək.
Azvision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də qeyd olunub.

Milli Priritetlərə əsasən, yüksək inkişaf üçün yalnız iqtisadi artım deyil, cəmiyyətin bütün üzvlərinin sosial rifahı mühüm amildir.

Bildirilib ki, iqtisadiyyat inkişaf etdikcə vətəndaşların sərvət və gəlirlərinin, o cümlədən əməkhaqlarının artırılaraq layiqli səviyyəsi təmin edilməli, əməkhaqqının artımı əmək məhsuldarlığının artımı ilə uzlaşdırılmalıdır.

Azvision.az


Teqlər: Maaş  






Xəbər lenti