Milli Məclis sədrinin müavini vurğulayıb ki, hazırda dövlətimizin başçısı İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilən gənclər siyasətinin əsas xəttini gənclərin ölkənin ictimai-siyasi həyatında yaxından iştirakı təşkil edir. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən aparılan 44 günlük Vətən müharibəsində gənclərimiz ağlasığmaz şücaətlər göstərib, bu şərəf savaşında istər ön, istərsə də arxa cəbhələrdə ləyaqətlə vuruşublar. Hərbidə olan gənclər ön cəbhədə düşmənin başına od yağdırıb, müqəddəs torpaqlarımızı mənfur yağıların işğalından azad edib, arxa cəbhədəki gənclər isə informasiya sahəsində düşmənə tutarlı cavablar verib, elmi, texniki və tarixi faktlara, araşdırmalara istinad edərək onu susdurublar. Vitse-spiker buna görə bütün Azərbaycan gəncliyinə xüsusi minnətdarlığını ifadə edib, döyüşlərdə şəhid olanlara Allahdan rəhmət, yaralılara tezliklə şəfa tapmalarını diləyib.
Görüşdə iştirak edən Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvü Çinarə Kazımova ölkəmizdə aparılan gənclər siyasətinin prioritet istiqamətlərindən, gənclərimizin ictimai-siyasi həyatda fəal iştirakından söz açıb.
Sonra “Karabakh is Azerbaijan” Platformasının İdarə heyətinin üzvü Şəbnəm Səfərova, “İrəli” İctimai Birliyinin sədri, Vətən müharibəsi iştirakçısı Şahin Rəhmanlı gənclərimizin Qarabağın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı ön və arxa cəbhələrdəki xidmətlərindən danışıblar.
Görüşdə iştirak edən Diaspora ilə İş üzrə Dövlət Komitəsinin əməkdaşı, “Karabakh is Azerbaijan!” Milli Platformasının koordinatoru Bəxtiyar Rəhimov həmin günlərdə xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin tarixi həqiqətlərin və müharibə faktlarının dünya ictimaiyyətinə çatdırılmasındakı rolunu diqqətə çatdırıb.
Görüşdə gəncləri narahat edən məsələlər müzakirə edilib, iştirakçıların qanunvericiliklə bağlı təklifləri dinlənilib. Parlamentin gənclər təşkilatları ilə qarşılıqlı əməkdaşlığının intensivləşdirilməsinin zəruriliyi vurğulanıb.
Toplantıda həm çıxışçılar, həm də həmin günlərdə ermənilərə qarşı informasiya müharibəsində virtual sahədə fəal mübarizə aparan, 200 nömrəli məktəbin 11-ci sinif şagirdi Sofiya Məmmədova və vaxtaşırı olaraq Vikipediyada tutarlı faktlara əsaslanan materiallarla çıxış edən Ayxan Zayıdzadə parlamentin gənclər və idman komitəsinin “Fəxri fərmanı” ilə təltif ediliblər.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


