İstanbuldan Tbilisiyə uçuşlar bərpa edilir

İstanbuldan Tbilisiyə uçuşlar bərpa edilir
  03 Fevral 2021    Oxunub:2431
“Pegasus Airlines” aviaşirkəti İstanbuldan Tbilisiyə birbaşa uçuşları bərpa edir.
Azvision.az xəbər verir ki, İstanbul - Tbilisi - İstanbul aviareysi üzrə uçuşlar 11 fevral tarixindən etibarən hər gün həyata keçiriləcək.

Məlumata görə, fevral ayında Tbilisidən 12 ölkəyə müntəzəm uçuşlar planlaşdırılır.

Qeyd edək ki, hazırda Gürcüstandan Almaniya, Niderland, Polşa, Fransa, Avstriya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Ermənistan, Türkiyə, Ukrayna, Qazaxıstan və Belarusa uçuşlar mövcuddur.

Azvision.az


Teqlər: PegasusAirlines  



Xəbər lenti