Navalnıya 3,5 il həbs cəzası kəsildi

 Navalnıya 3,5 il həbs cəzası kəsildi
  03 Fevral 2021    Oxunub:2953
Moskvanın Simonovski məhkəməsi Rusiya Federal Penitensiar Xidmətinin müraciəti əsasında müxalifətçi Aleksey Navalnı barəsində qərar qəbul edib.
Azvision.az xəbər verir ki, məhkəmənin qərarına əsasən, Aleksey Navalnı 3,5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, yanvarın 17-də Almaniyadan qayıdan Navalnı həmin gün hava limanında saxlanılıb. O, maliyyə fırıldaqçılığında ittiham olunur.

Azvision.az


Teqlər: Rusiya   Navalnı  



Xəbər lenti