Bazarda 32 nəfəri öldürən terrorçu məhv edildi

Bazarda 32 nəfəri öldürən terrorçu məhv edildi
  03 Fevral 2021    Oxunub:1603
İraqda beynəlxalq koalisiya qüvvələri bu ilin yanvar ayında Bağdadda yerləşən bazarda törədilən terror aktının təşkilatçısını məhv edib.
Azvision.az xəbər verir ki, bu barədə “Twitter”də İraq Baş nazirinin hərbi məsələlər üzrə nümayəndəsi general Yəhya Rəsul yazıb.

"Beynəlxalq koalisiyanın aviasiyası terrorçuların olduğu yerlər haqqında məlumat aldı. Bağdadın qərbindəki Əbu-Qreyb bölgəsinə hava hücumu təşkil edildi, nəticədə İraqın cənubunda yaraqlılara rəhbərlik edən terrorçu Cabbar Əli Fəyyad və iki kamikadzeni partlayış baş verən əraziyə gətirən digər terrorçu məhv edilib” - deyə İraq rəsmisi bildirib.

Qeyd edək ki, yanvarın 21-də Bağdad bazarında törədilən terror aktı nəticəsində 32 dinc sakin ölüb, 100 nəfər yaralanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: terroraktı  



Xəbər lenti