Rusiyada koronavirusdan daha 526 nəfər ölüb

Rusiyada koronavirusdan daha 526 nəfər ölüb
  03 Fevral 2021    Oxunub:1769
Rusiyada son sutka ərzində koronavirusa 16 474 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az "RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 3 901 204 nəfərə çatıb.

Rusiyada bir gündə 526 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 74 684 nəfərdir. İndiyədək 3 365 367 xəstə sağalıb. Hazırda ölkədə 476 295 nəfər aktiv xəstə var.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  



Xəbər lenti