Qırğızıstan prezidenti Maripovu Baş nazir təyin etdi

Qırğızıstan prezidenti Maripovu Baş nazir təyin etdi
  03 Fevral 2021    Oxunub:2518
Qırğızıstan Prezidenti Sadır Japarov Uluqbek Maripovun baş nazir təyin edilməsi haqqında fərman imzalayıb.
Azvision.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Bundan əvvəl parlament Maripovu hökumət başçısı vəzifəsinə təsdiqləyib.

Maripov parlamentdə çıxışı zamanı yeni hökumətdə 12 nazirliyin fəaliyyət göstərəcəyini, ümumilikdə, 28 dövlət agentliyinin ləğv edilib və ya birləşdirildiyini deyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qırğızıstan  



Xəbər lenti