Ruhani Baydeni İran siyasətinə yenidən baxmağa çağırdı

Ruhani Baydeni İran siyasətinə yenidən baxmağa çağırdı
  03 Fevral 2021    Oxunub:2507
İran Prezidenti Həsən Ruhani Cozef Bayden administrasiyasının ölkənin Yaxın Şərq siyasətinin zərərli olduğunu anlayaraq, ona yenidən baxacağına ümid edir.
Azvision.az xəbər verir ki, bu barədə Ruhani İraqın xarici işlər naziri Fuad Hüseynlə görüşdə bildirib.

İran Prezidenti ABŞ-ın yeni rəhbərliyinin bölgədə Amerikanın varlığının təhlükəsizlik üçün zərərli olduğunu və bu istiqamətdə siyasətə yenidən baxacağına ümidvar olduğunu ifadə edib.

"Ruhani, eyni zamanda Vaşinqtonun general Qasım Süleymaniyə qarşı apardığı əməliyyatı nümunə göstərərək, istənilən xarici qüvvənin İraqın daxili işlərinə müdaxiləsinə qarşı çıxıb, - deyə görüşə dair yayılmış məlumatda vurğulanıb

Xatırladaq ki, İraqın XİN rəhbəri Tehranda səfərdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: HəsənRuhani  



Xəbər lenti