Bu həftə ölkəyə daha yarım milyon doz peyvənd gətiriləcək - RƏSMİ

Bu həftə ölkəyə daha yarım milyon doz peyvənd gətiriləcək -  RƏSMİ
  03 Fevral 2021    Oxunub:4770
Bu həftə Azərbaycana daha 500 000 doz peyvənd gətiriləcək.

Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. O bildirib ki, daha sonra alınmış peyvəndlər mərhələlərlə qəbul olunacaq.
Qeyd edək ki, ölkədə vaksinasiya prosesinə yanvarın 18-dən başlanılıb. Birinci mərhələdə tibb işçiləri vaksinasiya olunur. Daha sonra 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət vaksinasiyaya cəlb edilir.

Aytən Zəhra
Azvision.az


Teqlər: Vaksin  






Xəbər lenti