Türkiyədə daha 117 nəfər virusun qurbanı oldu

   Türkiyədə daha 117 nəfər virusun qurbanı oldu
  04 Fevral 2021    Oxunub:1842
Türkiyədə son sutka ərzində 117 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 8102 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 26 354, virusa yoluxanlar isə 2 501 079 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 387 384 pasiyent (son sutkada 8314 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  



Xəbər lenti