Myanmada “Facebook” bloklandı

Myanmada “Facebook” bloklandı
  04 Fevral 2021    Oxunub:1611
Myanmada internet provayderləri hərbi hökumətin əmri ilə “Facebook” sosial şəbəkəsinə girişi müvəqqəti olaraq bağlayıblar.
Azvision.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd olunur ki, hazırda bəzi insanlar üçün sosial şəbəkəyə giriş qapalıdır.

"Biz səlahiyyətliləri Myanmadakı insanların ailələri, dostları ilə ünsiyyət qura bilməsi və vacib məlumatlara çıxış üçün əlaqəni bərpa etməyə çağırırıq", - deyə “Facebook” bəyan edib.

Bundan əlavə, ölkədə “Instagram”, “WhatsApp” da bloklanıb.

Xatırladaq ki, fevralın 1-də Myanmada hərbçilər çevriliş edib. Onlar bunu noyabr seçkilərində böyük miqyaslı saxtakarlıqlarla izah ediblər. Ölkədə bir il müddətinə fövqəladə vəziyyət elan olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Myanma  



Xəbər lenti