ABŞ-dan Rusiyaya yeni sanksiyalar gəlir

ABŞ-dan Rusiyaya yeni sanksiyalar gəlir
  04 Fevral 2021    Oxunub:1941
ABŞ-da hər iki partiyadan olan bir qrup senator Konqresə müxalifətçi Aleksey Navalnı ilə bağlı vəziyyətə görə Rusiyaya qarşı sanksiyaların tətbiqi barədə qanun layihəsi təqdim edib.
Azvision.az xəbər verir ki, müvafiq məlumatlar Floridadan olan senator Mark Rubionun saytında dərc edilib.

"Senatorlar Navalnının zəhərlənməsi və həbsi də daxil olmaqla, beynəlxalq hüquq pozuntularında iştirak edən Rusiya rəsmilərinə qarşı sanksiyaların tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini yenidən təqdim edir”, - deyə məlumatda bildirilib.

Xatırladaq ki, 2020-ci ilin sentyabrında Rusiya hakimiyyət orqanlarına qarşı sanksiyaların tətbiqi ilə bağlı layihə təqdim edilmişdi.

Mümkün sanksiyalara aktivlərin dondurulması və viza verilməsindən imtina daxildir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Rusiya   Sanksiya  



Xəbər lenti