Erməni polkovnik rüşvət ittihamı ilə tutuldu

 Erməni polkovnik rüşvət ittihamı ilə tutuldu
  04 Fevral 2021    Oxunub:2195
Ermənistanın Milli Təhlükəsizlik Xidməti rüşvət müqabilində əsgərləri bir hərbi hissədən digərinə, eyni zamanda ön cəbhədən arxa cəbhəyə köçürməkdə şübhəli bilinən silahlı qüvvələrin polkovnikini saxlayıb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan MTX məlumat yayıb.

Qeyd edilib ki, polkovnik 13 sentyabr 2020-ci il tarixində çağırışçı əsgər D.G.-nin anasından köçürülmə üçün 2 min dollar (975 min dram) tələb edib. Pulun yarısını bir gün sonra hesabına köçürmə yolu ilə alıb.

Başqa bir əsgər E.T-ni Qarabağdakı döyüşlərdə iştirak edən hərbi hissəyə göndərməmək üçün valideynlərindən 2500 dollar (987 min dram) istəyib. Həmin gün onlardan 2 min dollar alıb.

Başqa bir əsgər valideynlərindən bu məqsədlə 10 min dollar tələb edib. Həmçinin, hərbi rütbələrin verilməsi üçün də rüşvət alıb. O, rüşvət müqabilində fərarilik hallarını da ört-basdır edib.

Xatırladaq ki, erməni polkovniklə yanaşı daha on nəfər saxlanılıb.

Pərvanə Sultannova
Azvision.az


Teqlər: Ermənistan   Polkovnik   Rüşvət  



Xəbər lenti