Rusiyada koronavirusdan ölənlərin sayı 75 mini ötdü

Rusiyada koronavirusdan ölənlərin sayı 75 mini ötdü
  04 Fevral 2021    Oxunub:1833
Rusiyada son sutka ərzində koronavirusa 16 714 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az "RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 3 917 918 nəfərə çatıb.

Rusiyada bir gündə 521 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 75 205 nəfərdir. İndiyədək 3 389 913 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  



Xəbər lenti