Məktəblərdə kiçik summativ qiymətləndirmə olmayacaq

Məktəblərdə kiçik summativ qiymətləndirmə olmayacaq
  04 Fevral 2021    Oxunub:2525
Tədris ilinin ikinci yarım ilində kiçik summativ qiymətləndirmələrin keçirilməməsi tövsiyə edilir.
Azvision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib. Onun sözlərinə görə, əsas diqqət diaqnotik qiymətləndirmənin keçirilməsinə yonəlməlidir.

“Bu, distant formada tədris alan şagirdlərin biliyinin hansı səviyyədə olduğunu öyrənmək baxımından əhəmiyyətlidir. Buna uyğun olaraq şagirdlərlə iş aparıla bilər”.

V.Yaqublu qeyd edib ki, bir dəfə məktəbdaxili qiymətləndirmənin aparılması sırf karantin dövrü ilə əlaqədar idi.

“Artıq əyani tədris qismən bərpa olunur və hesab edirəm ki, yaxın gələcəkdə məktəblərdə kiçik və böyük summativ qiymətləndirmənin keçirilməsi real ola bilər. Lakin bu, vəziyyətdən asılı olacaq”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Şagird   Qiymətləndirmə  






Xəbər lenti