“Keçmiş köçkünləri tezliklə doğma torpaqlarına qaytarmalıyıq” - Prezident

   “Keçmiş köçkünləri tezliklə doğma torpaqlarına qaytarmalıyıq” -    Prezident
  04 Fevral 2021    Oxunub:2738
Əvvəlki agentliyin texniki təchizatı və say tərkibi aşağı səviyyədə idi. Əgər biz bu işi onların öhdəsinə buraxsaydıq, bilinmir neçə il lazım olacaqdı. Bizim vaxtımız yoxdur. Biz keçmiş köçkünləri tezliklə öz doğma torpaqlarına qaytarmalıyıq. Ancaq hər kəs bilməlidir ki, birinci dərəcəli məsələ minalardan təmizləmədir.
Azvision.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Vüqar Süleymanovu Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən söyləyib.

Prezident: "Biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik!"
Dövlətimizin başçısı deyib: “Dəyən ziyanın qiymətləndirilməsi, infrastruktur layihələrinin icrası, evlərin tikilməsi, iş yerlərinin yaradılması - əgər bu işlər görülməsə, insanlar gedib o torpaqlarda necə yaşaya bilərlər? Gərək ev-eşiyi, şəraiti, suyu, elektriki, yolu, məktəbi, xəstəxanası olsun. Bu, böyük, genişmiqyaslı bir işdir. Mənfur düşmən işğal edilmiş və azad olunmuş torpaqlarda hər şeyi dağıdıb. Hətta son günlərə qədər yaşadıqları evləri də çıxarkən məhv edib, yandırıb, ağacları qırıb, xüsusilə Kəlbəcər və Laçın rayonlarında”.

Prezident qeyd edib ki, azad olunmuş ərazilərdə bütün infrastruktur, binalar yerlə-yeksan edilib. Ona görə hər kəs başa düşməlidir ki, bu işin miqyası nə qədər böyükdür və Azərbaycan bərpa işlərinə təkbaşına start verib.

Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident  






Xəbər lenti