Paşinyan Qarabağ üzrə işçi qrupdakı nümayəndə heyətini təsdiqlədi
İşçi qrupun tərkibinə ərazi idarəetmə və infrastruktur nazirinin müavini Armen Simonyan, iqtisadiyyat nazirinin müavini Varos Simonyan (xarici iqtisadi əlaqələrdən məsul), Dövlət gəlirləri komitəsi rəhbərinin müavini Şuşanik Nersisyan, Baş qərargahın əməliyyatlar şöbəsinin rəisi Edvard Asryan və Milli Təhlükəsizlik Xidmətinin nümayəndəsi S.Sarkisyan (iqtisadi təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə idarəsinin rəis müavini) daxildir.
Xarici İşlər Nazirliyinin Avrasiya departamentindəki Rusiya bölməsinin rəhbəri Artur Qriqoryan Ermənistan tərəfdən işçi qrupunun katibi olacaq.
Dəmir yolu və avtomobil kommunikasiyaları üzrə də profil qrupu da yaradılacaqdır. Ermənistandan bu qrupa Armen Simonyan rəhbərlik edəcək, qrupun tərkibində "Cənubi Qafqaz Dəmir Yolun”un direktoru (Rusiya Dəmir Yollarının törəmə şirkəti) Aleksey Melnikov və onun müavini Oleq Şatalov da daxil olacaq.
Daha bir xüsusi qrup isə nəqliyyat təhlükəsizliyi və sərhəd nəzarəti məsələlərinin müzakirəsi ilə məşğul olacaq. Dövlət Gəlirləri Komitəsi sədrinin müavini Şuşanik Nersisyan Ermənistan tərəfindən rəhbər olacaq.
Xatırladaq ki, Rusiya tərəfinin də iştirak etdiyi işçi qrupun ilk görüşü 30 yanvarda Moskvada olub. Fevral ayı ərzində növbəti görüşün keçirilməsi gözlənilir.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Qarabağ Ermənistan İşçi Qrup







Vaxtında, Aydın, Lazımlı!


