Paşinyan məhkəmələri repressiya alətinə çevirir – ŞƏRH

   Paşinyan məhkəmələri repressiya alətinə çevirir –    ŞƏRH
  04 Fevral 2021    Oxunub:3894
Ermənistan Parlamenti “islahatlar” adı altında Məhkəmələr Sistemi Məcəlləsinə dəyişiklikləri birinci oxunuşda qəbul edib. Dəyişikliklər yeni hakimlərin təyin olunmasını nəzərədə tutur. Bundan sonra həbs, axtarış üçün orderlərin verilməsi səlahiyyəti xüsusi hakimlərə həvalə ediləcək.
İlk baxışdan sırf hüquqi məsələ kimi görünsə də, təhlilçilər burada siyasi məqsədlərin olduğunu istisna etmirlər. Strateji Kommunikasiyalar Mərkəzinin sədr müavini Əli Abdullayevin fikrincə, bu “islahat”ların kökünü Paşinyanın istefası tələbilə keçirilən mitinqlərdə axtarmaq lazımdır:

- Məhkəmə hakimlərinin çoxu mitinqlərdə həbs edilmiş müxalifət nümayəndələrinə qarşı cinayət işi açmaqdan imtina edərək, onları sərbəst buraxmışdılar. Həm bu, həm də daha öncə Konstitusiya məhkəməsi ətrafında baş verən qalmaqallar Ermənistan iqtidarını məhkəmə hakimiyyətini nəzarətə götürməyə məcbur edir.

Əli Abdullayev deyir ki, Paşinyanın qanunu dəyişməkdə məqsədi öz hakimiyyətinə sadiq olan yeni hakimlərin təyin edilməsi və sonrakı mərhələdə onların əlilə iqtidara qarşı çıxanların təqib olunmasıdır: “Paşinyan hakimiyyətini möhkəmləndirmək üçün qarşıdan gələn seçkilərdə Robert Koçaryana qarşı üstünlüyü təmin etməlidir. O, məhkəmələri də bu istiqamətdə bir alətə çevirməyə çalışır. Yaxın gələcəkdə hakimiyyətə qarşı olan şəxslərin bir qismi məhz Paşinyan hökumətinin nəzarətində olan yeni hakimlərin çıxardığı hökmlərlə zərərsizləşdiriləcəklər”.

Beləliklə, insan hüquqlarının müdafiəsi nöqteyi-nəzərindən Ermənistandakı “məhkəmə islahatı” əslində yeni siyasi repressiya dalğasının başlanğıcına daha çox bənzəyir.

Tariyel


Teqlər: Ermənistan   Məhkəmə  



Xəbər lenti