Hərbçilərimiz Qars və Kayseridə təlim keçir - VİDEO

   Hərbçilərimiz Qars və Kayseridə təlim keçir -    VİDEO
  04 Fevral 2021    Oxunub:2284
Qardaş Türkiyə Respublikasında keçirilən “Qış təlimi-2021”də Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdirirlər.
Azvision.az -ın məlumatına görə, bir neçə gün əvvəl qış təlimində iştirak etmək məqsədilə Türkiyəyə yola salınan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları təlimə hazırlıq məşqlərini bitirərək aktiv fazada fəaliyyətləri icra edirlər.

Hərbi qulluqçularımızın bir qrupu Qars şəhərindəki təlim mərkəzində çətin relyefli və qarlı ərazilərdə, digər bir qrupu isə Kayseri şəhərində paraşütçü komandolar hazırlayan mərkəzdə məşqlərə cəlb ediliblər. Çətin iqlimi və relyefi ilə fərqlənən ərazilərdə döyüş əməliyyatlarının aparılması tapşırıqlarını yerinə yetirən heyətlərin qış şərtlərində ərazidə məskunlaşma qabiliyyətləri və təchizatları da yoxlanılır.



Azvision.az


Teqlər: Təlim   Türkiyə   Hərbi  






Xəbər lenti