ABŞ-da atışma olub, polis zabiti öldürülüb - VİDEO

ABŞ-da atışma olub, polis zabiti öldürülüb -  VİDEO
  05 Fevral 2021    Oxunub:1843
ABŞ-ın Nyu-Meksika ştatının polis zabiti Las-Kruses şəhəri yaxınlığında şosedə baş vermiş atışmada öldürülüb.
Azvision.az xəbər verir ki, bu barədə “KOB4” telekanalı məlumat yayıb.

Şəhər polisinin sözçüsü Denni Trujilonun sözlərinə görə, daha bir əməkdaş yaralanıb və o, xəstəxanaya yerləşdirilib.

İlkin məlumatlara əsasən, atışma baş verməzdən əvvəl bir neçə polis maşını şübhəlinin avtomobilini Las-Kruses rayonuna qədər təqib edib. Həmin şəxs polisə atəş açıb.

Hadisəni törədən cinayətkar zərərsizləşdirilib, onun şəxsiyyəti müəyyənləşdirilir.

Nyu-Meksika ştatının qubernatoru Mişel Luxan-Qrişam öldürülən zabitin xatirəsini yad etmək üçün bayraqların endirilməsinə göstəriş verib.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Atışma   Polis  



Xəbər lenti