Pompeo Baydenin xarici siyasətini tənqid etdi

 Pompeo Baydenin xarici siyasətini tənqid etdi
  05 Fevral 2021    Oxunub:1936
ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo yeni Prezident Cozef Baydenin xarici siyasətlə bağlı çıxışını tənqid edib.
Azvision.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Pompeo deyib ki, Birləşmiş Ştatlar Baydenin prezidentliyi dövründə 44-cü dövlət başçısı Barak Obama adminstrasiyasının həyata keçirdiyi xarici siyasət kursuna qayıda bilməz.

Bundan əvvəl prezident Bayden çıxışında "Amerika geri döndü", "Diplomatiya xarici siyasətimizin mərkəzinə qayıtdı", deyib.

O bildirib ki, ABŞ-ın yeni rəhbərliyi Donald Trampın apardığı xarici siyasətə son qoyacaq, Rusiya və Çin tərəfindən addımlara qarşı müqaviməti artıracağ.

“Bayden demək istəyir ki, Amerika nəzarətində Böyük Britaniya ərazisinə bərabər olan "İslam Dövləti" olduğu dövrə qayıtdı? Ümid edirəm yox. Prezident Tramp və komandamız bununla məşğul oldu”, - deyə Pompeo bildirib.

O, həmçinin əlavə edib ki, müttəfiqlərdən bəhs etdikdə, bu, İsrail kimi müttəfiqləri və dostları nəzərə almamaq mənasına gəlir.

"Amerikalıların daha səkkiz il Barak Obamanın xarici siyasətini qəbul edəcəklərinə əmin deyiləm. Ümid edirəm ki, onlar daha çox bizim xarici siyasətə bənzəyən kursu seçəcəklər. Onda ABŞ birinci yerdə idi".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: CoBayden   ABŞ   Pompeo  



Xəbər lenti