Ohanyan seçkilərdə iştirak edəcəyini açıqladı

 Ohanyan seçkilərdə iştirak edəcəyini açıqladı
  05 Fevral 2021    Oxunub:2036
Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan erkən parlament seçkilərində iştirak etməyə hazır olduğunu açıqlayıb.
Azvision.az xəbər verir ki, bu barədə Ohanyan erməni telekanalına müsahibəsində deyib.

O bildirib ki, belə gərgin vəziyyətdə seçkiyə qatılmağı özünə vəzifə hesab edir.

“Ermənistan vətəndaşı olaraq seçkidə iştirak edəcəyəm, amma hansı qüvvə və hansı formatda, buna qərar verəcəyəm”, - deyə Ohanyan bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Ohanyan  



Xəbər lenti