Rusların 54 faizi Putinə etimad göstərir

 Rusların 54 faizi Putinə etimad göstərir
  05 Fevral 2021    Oxunub:2117
Rusiya vətəndaşlarının yarısından çoxu Prezident Vladimir Putinə etimad göstərir.
Azvision.az xəbər verir ki, bu bardə “İctimai rəy” fondunun sorğusunda qeyd edilir.

Məlumata görə, respondentlərin 54% -i prezidentə güvəndiyini, sorğuda iştirak edənlərin 34% -i dövlət başçısına etibar etmədiklərini deyib, 12% isə sualı cavablandırmayıb.

Sorğuda iştirak edənlərin 59%-nin fikrincə, Putin vəzifəsində kifayət qədər yaxşı işləyir. Əksini düşünənlər 27% təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Putin   Rusiya   Sorğu  



Xəbər lenti