4 nəfərin öldüyü yanğına görə direktor və şöbə müdiri tutuldu

4 nəfərin öldüyü yanğına görə direktor və şöbə müdiri tutuldu
  05 Fevral 2021    Oxunub:2306
Krasnoyarskda avtomobil hissələri anbarında dörd nəfərin ölümü ilə nəticələnən yanğınla əlaqəli açılmış cinayət işi çərçivəsində iki nəfər saxlanılıb.
Azvision.az xəbər verir ki, həmin şəxslər yanğın təhlükəsizliyi tələblərini pozmaqda şübhəli bilinən “Avtotreyd” MMC-nin direktoru və inzibati şöbənin müdiridir.

Yanğın 3 fevral tarixində avtomobil hissələri mağazasının anbarında baş verib. Hadisə nəticəsində anbarın bir əməkdaşı və Fövqəladə Hallar Nazirliyinin üç işçisi həlak olub.

Krasnoyarsk diyarının qubernatoru Aleksandr Uss 5 fevral tarixini ölənlərin xatirəsini anmaq üçün matəm günü elan edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: yanğın  



Xəbər lenti