“Rusiya-Aİ münasibətləri qeyri-sağlamdır” - Lavrov

 “Rusiya-Aİ münasibətləri qeyri-sağlamdır” -  Lavrov
  05 Fevral 2021    Oxunub:2416
Avrasiya regionunun iki əsas oyunçusu olan Rusiya ilə Avropa İttifaqının münasibətlərində “sağlam olmayan” vəziyyət mövcuddur.
Azvision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borellə görüşdə deyib.

“Hamımızın üzləşdiyi əsas problem, Avrasiya məkanının ən böyük iki oyunçusu - Rusiya ilə Avropa İttifaqı arasındakı münasibətlərin normal olmamasıdır. Bu, əlbəttə ki, heç kimə fayda verməyən, qeyri- sağlam vəziyyətdir", - Lavrov bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi Borrellin danışıqlarda qaldıracağı hər bir suala cavab verməyə hazırdır: "Sizi məyus etməməyə çalışacağıq".

Moskvaya səfərindən əvvəl Borrell, Rusiyanın Aİ üçün çox əhəmiyyətli bir tərəfdaş olaraq qaldığını və dialoqun davam etdirilməsinin zəruriliyini vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  



Xəbər lenti