ABŞ-a casusluq edən general həbs olundu

ABŞ-a casusluq edən general həbs olundu
  05 Fevral 2021    Oxunub:2794
Serbiya Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Momçilo Perişiç ABŞ-ın xeyrinə casusluq etdiyi üçün 3 il müddətinə həbs cəzasına məhkum olunub.
Azvision.az TASS-a istinadən xəbər verir ki, Belqradın Ali Məhkəməsi onun ABŞ səfirliyinin əməkdaşı Con Neybora məxfi materiallar ötürdüyünü sübut edib.

Onunla birlikdə qərargahın sabiq əməkdaşları Miodraq Sekuliç və Vladan Vlaykoviçə də 1,5 il həbs cəzası verilib.

Perişiç hökmlə razılaşmadığını və məhkəmə qərarından apellyasiya şikayəti vermək niyyətində olduğunu bildirib.

Qeyd edək ki, 2013-cü ilin fevralında Haaqa Tribunalı Yuqoslaviya Baş qərargahının keçmiş başçısı Perişiç barədə hökmü ləğv edib. O, müharibədə hərbi və insanlıq əleyhinə cinayətlərdə günahlandırılırdı.27 il həbs cəzası alan general sərbəst buraxılıb, məhkəmə onun apellyasiya şikayətini təmin edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MomçiloPerişiç  



Xəbər lenti