Qanunsuz silah saxlayanlar aşkarlandı

Qanunsuz silah saxlayanlar aşkarlandı
  05 Fevral 2021    Oxunub:2401
Samuxda qanunsuz silah saxlayan şəxslər məsuliyyətə cəlb olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, Samux rayon Polis Şöbəsinin əməkdaşları rayonun Nəbiağalı qəsəbə sakinləri İsgəndər Məmmədovdan 16 kalibrli müvafiq sənədləri olmayan tək lüləli, istifadəyə yararlı “TOZ” markalı tüfəng, Qurban Məmmədovdan isə 1 ədəd 16 kalibrli, tək lüləli tüfəng aşkar edərək götürüb.

Hazırda faktlarla bağlı RPŞ-nin Təhqiqat Qrupunda araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: Silah   DİN  






Xəbər lenti