Səfir mədəni əməkdaşlıq layihələrini müzakirə edib

Səfir mədəni əməkdaşlıq layihələrini müzakirə edib
  05 Fevral 2021    Oxunub:2781
Mədəniyyət sahəsində əməkdaşlıq perspektivlərini müzakirə etmək məqsədilə Meksika səfiri Rodriqo Labardini Yasamal rayonu Heydər Əliyev Mərkəzində keçirilimiş görüşdə iştirak edib.
Bu barədə Azvision.az -a Meksikanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Qeyd edilib ki, görüşdə Mərkəzin rəhbəri Naminə Ömərova, həmçinin Azərbaycan Rəssamlar Birliyinin üzvləri Elnurə İsgəndərova və Aygün İsgəndərova iştirak edib.

Tərəflər, pandemiya dövründə ölkədə təyin olunan sanitar qaydaları nəzərə almaqla, müxtəlif birgə bədii layihələrin həyata keçirilməsi haqda söhbət aparıblar. Bu xüsusda, iki xalqın yaxınlaşmasında mədəni əlaqələrin əhəmiyyəti vurğulanıb.

Səfir Labardini pandemiya dövründə rəqəmsal platformalar vasitəsilə səfirlik tərəfindən həyata keçirilmiş bir sıra tədbirlər barədə məlumat verib. Diplomat müxtəlif müzakirələr və konfranslar zamanı meksikalı rejissorlar və artistlərlə birbaşa həmsöhbət olmağa dair Azərbaycan tamaşaçısının marağını qeyd edib.

Eyni zamanda, tərəflər “Nizami Gəncəvi İli” çərçivəsində əməkdaşlıq perspektivləri haqqında danışıb, təşkilatı məsələlər barədə fikir mübadiləsi aparıblar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: görüş  



Xəbər lenti