Rusiya aksiyalara görə 3 diplomatı ölkədən qovdu

Rusiya aksiyalara görə 3 diplomatı ölkədən qovdu
  05 Fevral 2021    Oxunub:3304
Rusiya razılaşdırılmamış aksiyalarda iştirak etdikləri üçün Almaniya, Polşa və İsveçdən olan üç diplomatı ölkədən çıxarıb.
Azvision.az xəbər verir ki, bu barədə “EU Observer” Avropa İttifaqındakı mənbəyə istinadən yazıb.

Xatırladaq ki, 23 və 31 yanvar tarixlərində hakimiyyət orqanlarının çoxsaylı xəbərdarlıqlarına baxmayaraq, Rusiyanın müxtəlif şəhərlərində razılaşdırılmamış mitinqlər keçirilib. Nümayişçilər müxalifətçi Aleksey Navalnının həbsinə etiraz ediblər.

ABŞ, Almaniya, Fransa və Böyük Britaniya daxil olmaqla aparıcı Qərb ölkələri Rusiya səlahiyyətlilərini Navalnını sərbəst buraxmağa çağırıblar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Diplomat  



Xəbər lenti