|
| Çində yarasalarda yeni koronavirus aşkarlanıb |
Məlumata görə, 140-dan çox britaniyalı həkim səhiyyə xidmətini COVID-19 xəstəliyinə yoluxma hallarının təyin edilməsi üçün simptomların rəsmi siyahısını yeniləməyə çağırıblar. Onlar Londondakı Kraliça Mariya Universitetinin ilkin tibbi-sanitariya yardımı kafedrasının fəxri baş müəllimi doktor Aleks Soxal tərəfindən tərtib edilmiş açıq məktubu imzalayıblar.
Məktubda koronavirusa yoluxma əlamətlərinin rəsmi siyahısına aşağıdakı yeddi fiziki dəyişmənin daxil edilməsi tövsiyə olunur. Bunlar zökəm, burunun tutulması, boğaz ağrısı, başağrısı, ümumi yorğunluq, xırıltılı səs, əzələ ağrısıdır.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


