Birgə Mərkəz atəşkəs pozuntusu qeydə almayıb
Azvision.az xəbər verir ki, bu barədə Ağdamda fəaliyyət göstərən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin nümayəndəsi, rusiyalı polkovnik Mixail Zavalkin bildirib.
Rusiyalı zabit vurğulayıb ki, pilotsuz uçan aparatlardan idarəetmə mərkəzinə davamlı olaraq görüntülər daxil olur, burada bütün hərbi texnikanın, personalın hərəkəti təhlil olunur.
Həmçinin vurğulanıb ki, Birgə Mərkəzin növbətçiləri əldə olunmuş razılaşmaların pozulması barədə məlumatları toplayır, ümumiləşdirir, yoxlayır və tərəflərin razılaşmaları yerinə yetirməməsi ilə bağlı şikayətlərinə baxılır.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: BirgəMərkəz







Vaxtında, Aydın, Lazımlı!


