“Britaniya ştammı” Avropada tüğyan edir

   “Britaniya ştammı” Avropada tüğyan edir
  06 Fevral 2021    Oxunub:3318
Koronavirusun ilk dəfə Böyük Britaniyada aşkar edilmiş yeni ştammı bütün Avropanı bürüyüb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionuna daxil olan 30 ölkə onların ərazisində Britaniya ştammın tapıldığını bəyan edib.

ÜST-nin Avropa regional bürosundan bildirilib ki, yeni ştamm artıq yaxın həftələr ərzində virusun ən geniş yayılmış variantına çevrilə bilər. Regionda Britaniya ştammına 22 mindən çox yoluxma qeydə alınıb.

ÜST hesab edir ki, virusun yeni variantından qorunmaq üçün mövcud vaksinlərin daha az səmərəli olduğunu sübut edən dəlil yoxdur. Eyni zamanda, virusun yen variantının əvvəlkilərlə müqayisədə daha sürətlə yayılmasını göstərən etibarlı məlumatlar var. Lakin uşaqların virusa yoluxma riski artmayıb.

Narahatlıq əsasən onunla bağlıdır ki, yeni variantın sürətlə yayılması daha çox insanın yoluxmasına gətirib çıxaracaq.

“Yeni variantların yaranması adi hadisədir və onlar heç də həmişə çox təhlükəli olmur. Lakin əgər yeni variantlar virusun davranışına təsir edirsə, onlar daha təhlükəli ola bilər. Buna görə də biz bütün belə dəyişmələrin ciddi monitorinqini aparmalıyıq”, - deyə ÜST nümayəndəsi Riçard Pibodi vurğulayıb.

Azvision.az


Teqlər: Britaniya   Koronavirus  



Xəbər lenti