Ermənistanda yenə zəlzələ oldu

Ermənistanda yenə zəlzələ oldu
  06 Fevral 2021    Oxunub:2672
Ermənistanda yenidən zəlzələ qeydə alınıb.
Azvision.az “News.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin Ərazi Seysmoloji Müdafiə Xidməti məlumat yayıb.

Qeyd edilib ki, 6 fevral yerli vaxtla saat 11.49-da Ermənistanın şimal-şərqindəki Geqarkunik vilayətinin Şorja kəndində 2-3 bal gücündə zəlzələ baş verib. Zəlzələ ocağının dərinliyi 10 km olub.

Xatırladaq ki, dünən axşam Ermənisanda ard-arda bir neçə zəlzələ baş verib. Təkanların gücü 5-6 bal, episentrdə isə 6-7 bal olub.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: zəlzələ  



Xəbər lenti