“Cəbrayılda belə mənzərəni görmək çox ağrılıdır” - Xorvatiya səfiri

   “Cəbrayılda belə mənzərəni görmək çox ağrılıdır” -    Xorvatiya səfiri
  06 Fevral 2021    Oxunub:3254
Cəbrayılda belə bir mənzərəni görmək doğrudan da çox ağrılıdır.

Azvision.az xəbər verir ki, bunu Xorvatiyanın ölkəmizdəki səfiri Branko Zebic Cəbrayılda ermənilər tərəfindən törədilmiş dağıntılarla tanış olduqdan sonra jurnalistlərə açıqlamasında deyib.
Səfir bildirib ki, xüsusilə qəbiristanlığın tamamilə dağıdılmasını görmək çox ağrılı səhnədir.

“Bu kimi hallar bizə onu göstərir ki, bu cür hadisələr, münaqişələr baş verməməlidir və bir daha belə mənzərələri yaşamamalıyıq”, - deyə diplomat vurğulayıb.

Azvision.az


Teqlər: Xorvatiya   Cəbrayıl   Səfir  



Xəbər lenti