“Rəngli qəhrəmanlar” - Paşinyan və Navalnı

  “Rəngli qəhrəmanlar”  - Paşinyan və Navalnı
  06 Fevral 2021    Oxunub:3466
Rusiyalı müxalifətçi Aleksey Navalnı keçmiş günlərdə özünün video müraciətində postsovet məkanındakı vəziyyətə və korrupsiyaya qarşı mübarizəyə toxunaraq, Ermənistanın baş naziri Nikol Paşinyana rəğbətindən bəhs edib.
Azvision.az xəbər verir ki, bu barədə “Past” nəşrində dərc edilən məqalədə deyilir.

"Mən sadəcə Paşinyanı alqışlayıram”, - Navalnı deyib. O əlavə edib ki, Rusiya Paşinyandan nümunə götürməlidir, çünki Ermənistanda baş verənlər "çox möhtəşəmdir".

Nəşr yazır ki, Navalnı 2019-cu ildə məhkəmə-hüquq sahəsində dəyişikliklərə başladığı zaman Paşinyana heyranlığını ifadə edmişdi.

“Əslində, bu siyasətçilər yalan və saxtakarlığa görə bir-birilərinə heyran ola bilərlər. Çünki bu məsələdə çox oxşayırlar. Ümumiyyətlə, rəngli inqilablarının əsas qəhrəmanları yalan, manipulyasiya məsələsində bir-birinə çox bənzəyir və bu baxımdan xüsusi bir istedada sahibdirlər. Eyni zamanda, bu şəxslər heç vaxt sözlərinə görə cavabdehlik daşımırlar.

Navalnı 3,5 il həbs cəzasına məhkum edildi. Qeyd etmək lazımdır ki, bir çoxları ümidlərini Rusiyanın erməni ssenarisini təkrarlaya biləcəyinə bağladılar, hətta "Biz Ermənistandakı kimi istəyirik", yazıları olan plakatlar var idi.

Paşinyan, Saakaşvili, Zelenski, Navalnı, Tixanovskaya - hamısı eyni məktəbin şagirdləridir. Ssenari müəllifi eynidir.

"Qızılgül inqilabı", ərəb baharı, narıncı inqilab, məxməri inqilab - bütün bu inqilablar Gürcüstan, ərəb dünyası, Ukrayna və Ermənistan üçün əsl bəla oldu. Bu, Belarus və Rusiyada baş verə bilərdi, amma bu ölkələrin liderləri öz zirvəsində qaldı.

Belə fikirlər var ki, 2018-ci ildə Ermənistan səlahiyətliləri bu cür ssenarinin hazırlanmasına icazə verməsəydi, bu gün hər şey fərqli olacağdı. Fərqli ola bilərdi, amma əslində məxməri inqilab haqqında hələ 2008-ci ildə düşünməyə başladılar və 2018-ci ildə tətbiq etdilər",- məqalədə deyilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AlekseyNavalnı  



Xəbər lenti